Şükürbəyli kəndinə növbəti köç karvanları yola salındıbackend

Şükürbəyli kəndinə növbəti köç karvanları yola salındı

Cəbrayıl rayonunun Şükürbəyli kəndi növbəti köç karvanını qəbul edib.

KONKRET.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, bu mərhələdə kəndə 9 ailə, ümumilikdə 52 nəfər köçürülüb.

Şükürbəyliyə köç edən ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Köçürülən sakinlər artıq doğma yurdlarında daimi yaşayışa başlayacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*