İçərisində cinayət işləri saxlanılan seyf YANDIbackend

İçərisində cinayət işləri saxlanılan seyf YANDI

Sankt-Peterburqun Krasnoqvardeyski rayonunda polis şöbəsində içərisində cinayət işləri olan seyf yanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.

Bildirilir ki, hadisə bazar ertəsi günorta saatlarında departamentin ofislərindən birində baş verib.

Nəticədə metal seyfdə saxlanılan 10 cinayət işi külə dönüb. Yanğın zamanı mebel və ofis avadanlıqlarına da ziyan dəyib.

Yanğının elektrik avadanlıqlarının nasazlığı səbəbindən baş verdiyi ehtimal olunur.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*