İsveçlilər, danimarkalılar, norveçlilər bir-birilərini başa düşürlərmi?backend

İsveçlilər, danimarkalılar, norveçlilər bir-birilərini başa düşürlərmi?

Skandinaviya xalqlarının  dilləri son dərəcə yaxındır. Alimlər hesab edir ki, Skandinaviya xalqlarının dilləri min il əvvəl vikinqlərin danışdığı şimal dilidir.  Bəzən dilçilər bu dili də qədim island dili adlandırırlar.

Çünki onun ən arxaik formasını islandlar qoruyub-saxlayıblar. Hər üç dildəki sözlərin əksəriyyəti bir-birinə çox oxşayır.  Bununla belə, bəzi incəliklər də var. Məsələn, eyni sözlərin müxtəlif dillərdə fərqli mənaları mövcuddur.

Hətta Skandinaviyada dillərin oxşarlığı ilə bağlı belə bir lətifə də var.

İsveçə gələn danimarkalı taksi sürücüsündən onu şəhərin ən əyləncəli yerinə aparmasını xahiş edir. İsveçli isə qonağı dərhal  qəbiristanlığa aparır. Çünki isveç dilində “əyləncə” (roliq) sözü “sakit” yerdə uyumaq  deməkdir.

İsveç dili Skandinaviya german dilləri arasında ən çox danışılan dildir. Bu dildə 10 milyon adam danışır.


Skandinaviyada “səni sevirəm” kəlməsi eyni şəkildə yazılsa da, fərqli formada tələffüz olunur. Norveçlilər üçün danimarkalıların dilini rahat anlamaq çətin deyil. Çünki norveçlilər təxminən dörd yüz il Danimarkanın əsarəti altında yaşayıblar. Onların rəsmi dil standartlarından biri olan Bokmal mahiyyətcə Danimarka dilinin yerli Norveç versiyasıdır. İsveçin cənubundakı Skan dialekti Danimarka dilinə çox yaxındır.

İsveçin cənubundakı dil İsveçdən daha çox Danimarka dilinə oxşayır. Bu da danimarkalıların burada əsrlər boyu hökmranlığıyla bağlıdır. Bir sözlə, İsveç, Norveç və Danimarka dilləri arasındakı fərq təxminən Azərbaycan, türk, özbək və türkmən dilləri arasındakı oxşarlıq qədərdir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*