Azərbaycanda 2 Olimpiya İdman Kompleksi modul tipli xəstəxanaya çevriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova verib.
O bildirib ki, Abşeron və Hövsan İdman Olimpiya Kompleksləri koronavirusla mübarizə məqsədilə modul tipli xəstəxana kimi fəaliyyət göstərəcək.
Sabah hər iki kompleksdə açılış mərasimi olacaq.
