Balaşixada iki naməlum şəxs mağazanın bankomatlarından 4,2 milyon rubl oğurlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Telegram 112” kanalı məlumat yayıb.
Kamuflyaj geyimli kişilər qanırğının köməyi ilə gecə saatlarında mağazanın foyesinə daxil olub və içərisində 1,4 və 2,8 milyon rubl olan iki bankomatı açıblar.
Quldurlar bütün pulları götürərək qaçıblar.
Faktla bağlı cinayət işi açılıb, şəxslər axtarışa verilib.
Ayan
KONKRET.az
