İldırım 9 nəfərin ölümünə SƏBƏB OLDUbackend

İldırım 9 nəfərin ölümünə SƏBƏB OLDU

Banqladeşdə ildırım çaxması nəticəsində azı 9 nəfər ölüb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Sunamqanc, Maulvibazar və Sylhet rayonlarında ölüm halları qeydə alınıb.

Məlumata görə, hadisələrin əksəriyyəti bazar günü kənddə insanların tarlada işlədiyi vaxt baş verib.

Qeyd edək ki, Banqladeşdə yağışlı mövsümün başlaması səbəbindən insanları tez-tez ildırım vurur. Bu ölkədə hər il yüzlərlə belə ölüm halları qeydə alınır.

Belə ki, 2016-cı ildə Banqladeş ildırım vurmasını təbii fəlakət elan edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*