İlham Əliyev bu vəziyyətdən düzgün istifadə etdi – Rus ekspertbackend

İlham Əliyev bu vəziyyətdən düzgün istifadə etdi - Rus ekspert

Azərbaycan bir neçə il ərzində ordusunu çox gücləndirdi, silahlar aldı, döyüşçülər yetişdirdi. Bununla yanaşı Rusiya ilə mehriban qonşuluq və tərəfdaşlıq münasibətlərini – xüsusilə hərbi-texniki sahədə – qoruyub saxladı.

KONKRET.az xəbər verir ki, bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun hərbi-siyasi araşdırmalar mərkəzinin eksperti Mixail Aleksandrov deyib.

“Ermənistan isə çoxdan bunu etmirdi, daha sonra Paşinyan gəldi, ümumiyyətlə qarışıqlıq başladı. Əlbəttə ki, Əliyev bu vəziyyətdən düzgün istifadə etdi. Ona Qarabağ məsələsini həll etmək lazım idi. O, yaxşı hazırlaşdı, hər şeyi düzgün hesabladı və nəticədə istəyinə çatdı”, – Aleksandrov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*