İlon Mask Ərdoğanın dəvətini qəbul etdibackend

İlon Mask Ərdoğanın dəvətini qəbul etdi

Amerikalı sahibkar İlon Mask gələn il Türkiyəyə gələcək.

KONKRET.az xəbər verir ki, milyarder “X” sosial şəbəkəsində bu yaxınlarda Ankarada keçirilən “Technofest” festivalına dəvətə cavab verib.

O, 2023-cü ildə Teknofest-də iştirak edən bütün komandaları təbrik edib.

İş adamı daha sonra tədbirə dəvətə görə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

“Gələn il festivalda şəxsən iştirak etməyi, həmçinin Türkiyədə gələcək investisiya imkanlarını müzakirə etməyi səbirsizliklə gözləyirəm” deyə Mask qeyd edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*