“Mercedes” traktorla toqquşdu – Ölən və yaralanan varbackend

"Mercedes" traktorla toqquşdu - Ölən və yaralanan var

İmişlinin Çaxırlı kəndində ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, Araz Kazımovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili traktorla toqquşub.

Hadisə nəticəsində minik avtomobilinin sürücü ağır xəsarət alıb, sərnişin Çingiz Ağayev isə hadisə yerində ölüb.

Yaralı İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onun vəziyyətinin ağır olduğu bildirilir.

Fakt araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*