İndoneziya paytaxtı su altında qalacaq – ƏTRAFLIbackend

İndoneziya paytaxtı su altında qalacaq - ƏTRAFLI

İndoneziya paytaxtı Cakarta sürətlə suda batır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, İndoneziya hökuməti paytaxtın sular altında batmasının qarşısını almaq üçün müxtəlif yollar axtarır.

Qeyd edək ki, Cakarta planetin digər şəhərlərindən daha sürətli batır. Son 25 ildə İndoneziya paytaxtının bəzi hissələri 4,8 metrdən çox su altında qalıb. Mütəxəssislərin fikrincə, hakimiyyət 2030-cu ilə qədər problemin həllini tapmalıdır. Əks təqdirdə Yavan dənizinin səviyyəsi getdikcə artaraq bütün şəhəri ağuşuna alacaq.

Yeri gəlmişkən, xatırladaq ki, Cakartanın su altında qalmasının əsas səbəblərindən biri su təchizatının əlçatmazlığı ilə bağlıdır. Hazırda 11 milyon əhalisi olan şəhərin hər üç sakinindən biri axar sudan məhrum olub. Belə vətəndaşlar məcbur qalıb qanunsuz quyulardan istifadə edir ki, məhz bu quyular su təbəqələrini tükəndirir və torpağı zəiflədir. Nəticədə isə həmin yerlər su altında qalır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*