“İnter”in futbolçusu Hakan Çalhanoğlu zədələnib.
KONKRET.az klubun saytına istinadən xəbər verir ki, onun sağ bud əzələsində zədə olduğu bildirilib. Bu səbəbdən o, dünən A seriyasında keçirilən “Leççe” ilə matçı ehtiyat oyunçular skamyasında keçirib.
Türkiyəli yarımmüdafiəçi daha 2 oyun buraxacaq. Bu isə o deməkdir ki, Hakan A seriyasında fevralın 28-də “Atalanta”, martın 4-də isə “Cenoa” ilə görüşlərdə oynamayacaq.
Qeyd edək ki, H.Çalhanoğlu bu mövsüm 30 matçda 11 qol vurub, 3 qolun ötürməsini verib.
