Qalmaqallı müğənni Nadir Qafarzadə dəfələrlə intihara cəhd edib.
KONKRET.az xəbər verir ki, bu barədə müğənni lent.az-a danışıb:
“Dəfələrlə özümü öldürmək istəmişəm. İntihara cəhdlərim olub. Amma ölməmişəm. Məndə it canı var. Bu gün də ölmək istəyirəm. Çoxu deyəcək ki, sizin yerinizdə olmaq istəyən insanlar var.
Elə bilirsiniz ki, pullu olmaq xoşbəxtlikdir? Xeyr, insan ruhən xoşbəxt olmalıdır. Yaxşı ailəm, savadlı övladlarım, sadiq həyat yoldaşım var. Amma həyatımda sanki hüzur çatışmır.
Ölmək asandır. Amma öləndən sonra insan əzizlərini nigaran və gözüyaşlı qoyur. Ona görə də bu istəyimdən vaz keçdim”.