Apple şirkəti son günlərin bəlası sayılan koronavirus xəstəliyi səbəbindən İPhone 12 telefonunun təqdimatını təxirə sala bilər.
KONKRET.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Bu ilin sentyabr ayında satışa çıxarılması planlaşdırılan yeni nəsil telefonun texnoloji incələnməsi üçün Çinə səfərlər təxirə salınıb. Bundan əlavə Çindəki telefon zavodları da müvəqqəti olaraq istehsalı dayandırıb.
Qeyd edək ki, “İPhone 12” seriyalı telefonları ilk dəfə olaraq 5G texnologiyasını dəstəkləyəcək.
