İran-Ermənistan DUETİ daha nə çalacaq? – “Avropaya tək yol ZƏNGƏZUR dəhlizidir”backend

İran-Ermənistan DUETİ daha nə çalacaq? - "Avropaya tək yol ZƏNGƏZUR dəhlizidir"

“Əslində Putinin komandası Zəngəzur dəhlizini istəyir. Çünki Rusiyanın Avropaya yolu bağlıdır. Uzaq şərqdən çıxışı mümkünsüzdür. İran üzərindən də çıxış yoxdur. Yeganə çıxış burdan olacaq. Ona görə də Rusiya bunun həllinə çalışacaq”.

KONKRET.az-a özəl açıqlama zamanı politoloq Cümşüd Nuriyev onu da bildirib ki, Putinin ətrafında erməni qruplaşması mövcuddur. Həmin qruplaşma isə hərbi kəşfiyyatın bəzi qüvvələri ilə birləşib və Zəngəzur dəhlizinin açılmamasına çalışırlar:

“İran bu işə ona görə qoşulub ki, Zəngəzur dəhlizi Tehranın da marağında deyil. İran deyir ki, Şimal-Cənub dəhlizi açılsın, Astara-Astara dəmir yolu xətti açılandan sonra çıxış İran üzərindən olsun. Amma İran üzərindən çıxış yalnız Fars körfəzinədir. Avropaya çıxış yoxdur. Tək yol Zəngəzur dəhlizidir. Onu Rusiya da, İran da yaxşı başa düşür. Amma İran öz hiyləgərliyindən qalmır. Azərbaycana olan kinini də gizlədə bilmir. Azərbaycanın uğurlarına qısqanclıqla yanaşır. Azərbaycan-Türkiyə münasibətləri molla rejimini əməlli-başlı dəli eləyib”.

Politoloqun fikrincə, İran Cənubi Qafqazın liderinə çevrilmək fikrindədir. Amma II Qarabağ savaşından sonra Cənubi Qafqazın arxitekturasını düzəldən dövlət Azərbaycandır:

“Politologiyada buna bir nömrəli aktor deyirlər. Azərbaycan aparıcı aktor statusundadır. Gürcüstan da Azərbaycanın yanındadır. Çünki maraqlarımız çox yerdə kəsişir. Ermənistan bölgədə təkdir. Türkiyə də Azərbaycanın yanında olduğu üçün İran-Ermənistan dueti çalışır ki, buna mane olsun. Amma Azərbaycan öz işini görür. Bu şəkildə davam eləsə, Ermənistan özünü tamamilə təcrid halına gətirəcək. Qoy olsunlar. Molla rejimi də bir az düşünsün, Paşinyan da bilsin ki, dünya artıq başqa dünyadır. Ağılla hərəkət eləmək lazımdır. İnanırıq ki, Ermənistan Azərbaycanın təkliflərini qəbul edəcək. İran isə müvəqqətidir”.

Politoloq İranın son addımlarını onların ağılsızlıq və uzaqgörən siyasətlərinin, ümumiyyətlə, islam respublikasında diplomatiyanın olmaması ilə izah edib.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*