İran gizli “raket şəhəri”ni ÜZƏ ÇIXARDI: Əhməd Vahidi BU MESAJI VERDİbackend

İran gizli "raket şəhəri"ni ÜZƏ ÇIXARDI: Əhməd Vahidi BU MESAJI VERDİ 

İran “raket şəhəri” adlandırılan yeni yeraltı raket kompleksini nümayiş etdirib.

KONKRET.az xəbər verir ki, “Tasnim” agentliyinin yaydığı foto və videokadrlarda SEPAH-ın Aerokosmik Qüvvələrinin yeni ikiraketli buraxılış qurğusu, yeraltı tunellər və hərbi infrastruktur əks olunub.

Yeraltı kompleksə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş komandanı, general-mayor Əhməd Vahidi baş çəkib.

Səfər zamanı o, Ali Baş Komandanın “istənilən təhdidə dərhal, təsirli və coğrafi məhdudiyyət qoyulmadan cavab verilməsi” barədə əmri çərçivəsində Aerokosmik Qüvvələrin döyüş hazırlığı səviyyəsi və əməliyyat planları ilə tanış olub.

Kompleksdə çıxış edən SEPAH Baş komandanı Əhməd Vahidi ABŞ və İsrailə qarşı sərt mesajlar səsləndirib:

“Düşmənin başına gələnlər hələ işin başlanğıcıdır. Biz onların rüsvayçılığını daha çox görəcəyik. Bütün NATO ölkələri İrana qarşı birləşmişdi, lakin qalib gələ bilmədilər. NATO Baş katibi də etiraf etdi ki, Alyans ölkələrindən İrana qarşı 5 mindən çox uçuş həyata keçirilib”.

SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi də çıxış edərək bildirib ki, münaqişələr arasındakı dövrdə İranın hərbi imkanları əhəmiyyətli dərəcədə genişlənib, ölkə yeni silahlar və çəkindirmə vasitələri hazırlayıb.

O vurğulayıb ki, İran qüvvələri Ali rəhbərin əmrlərini icra etməyə tam hazırdır və təhdidlər yaranacağı təqdirdə güc tətbiq etməkdən çəkinməyəcək.\\Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*