Şəkidə 4 yaşlı qıza it hücum edib – Xəsarət yetirdibackend

Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi

Şəkidə 4 yaşlı qız küçə itlərinin hücumuna məruz qalıb.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün şəhərin Sabit Rəhman küçəsində baş verib.

Belə ki, sahibsiz it Bakı şəhər sakini, 4 yaşlı Sevil Babazadəyə hücum edərək bud nahiyəsindən dişləyib.

Azyaşlı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*