Məleykə Abbaszadə onu vəzifədən çıxarıb?backend

Məleykə Abbaszadə onu vəzifədən çıxarıb?

Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə noyabrın 19-da universitetin kollektivinə təqdim edilib. O, rektor vəzifəsinin icrasına başlayandan sonra heç bir əməkdaşın işdən azad olunması və ya təyinatı ilə bağlı əmr imzalamayıb.

KONKRET.az  xəbər verir ki, bu barədə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatında deyilir.

“BDU ilə bağlı məlumatları yayımlamamış universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi ilə dəqiqləşdirməyi və rəsmi xəbərlərə istinad etməyi xahiş edirik”, – deyə məlumatda vurğulanır.

Qeyd edək ki, Unikal BDU-nun rektoru Məleykə Abbaszadənin imzaladığı əmrə əsasən, rektorun köməkçisi Nərmin Heydərli vəzifəsindən azad edildiyi barədə xəbər verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*