İran hazırladığı koronavirus peyvəndinin sınağına başladıbackend

İran hazırladığı koronavirus peyvəndinin sınağına başladı

İranlı alimlər tərəfindən hazırlanan “COVIRAN Bereket” peyvəndi ilk dəfə ölkənin Səhiyyə naziri Səid Nəmaki və digər səlahiyyətlilərin qatıldığı bir mərasimdə insanlara tətbiq edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Peyvənd hazırlayan alimlər qrupuna rəhbərlik edən Məhəmməd Müxbirin qızı Tayyibə Müxbiri peyvənd vurulan ilk könüllü olub. Hazırlanan peyvənd bu gün daha üç nəfərə vurulacaq və sonrakı günlərdə tədricən 56 könüllüyə tətbiq ediləcək.

Peyvəndin ilk günündən sonra 14-cü gündə ikinci, 28-ci gündə sonuncu dəfə vurulacağı bildirilib.

Peyvənd üçün 65 min insanın könüllü olduğu qeyd edilir.

  • vuqar
    Dekabr 29, 2020 - 16:31

    Bizim ise Milli Elmler Akademiyamiz var. Onlar ise qocalib olmeklerini gozleyirler.AMEA ne ucun yaranib hec kim bilmir

vuqar üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*