“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Elvin Cəfərquliyevlə Abbas Hüseynovu əsas heyətdən kənarlaşdırmasının detalları bəlli olub.
KONKRET.az Publika.az-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu şəxsi həyatına elə də diqqət yetirməyib. O, əyləncəli tədbirlərə qatılıb, istirahətdə olduğu vaxt rejimə, sağlamlığına diqqət yetirməyib. Zaman keçdikcə daha çox əyləncəyə meyl edib. Elvin Cəfərquliyevin Abbas Hüseynovla birlikdə “Qarabağ” tərəfindən cəzalandırılmasın da səbəbi məhz bu tipli əyləncə olub.
Hər iki futbolçu iş adımı Şərurlu İsfəndiyara məxsus, Bakının ən məşhur restoran-otel tipli məkanlarından birində eyş-işrət məclisdə iştirak edikləri aşkara çıxıb.
Məlumata görə, futbolçuların əyləncə məkanından çəkilmiş fotoları da var. Qurban Qurbanov isə onların bu əməlini bağışlamayıb. Komandanın “Sabah”la matç öncəsi futbolçuların nizam-intizam qaydalarını pozaraq belə bir məclisdə iştirakları “Qarabağ” rəhbərliyini və təcrübəli məşqçini özündən çıxarıb.
Qeyd edək ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduqları üçün əvəzedici heyətə göndəriliblər.
