İran ordusu sərhədə “yeridildi” – General hədələdibackend

İran ordusu sərhədə “yeridildi” – General hədələdi

İran Silahlı Qüvvələri müxtəlif sərhəd bölgələri boyunca 10 diviziya yerləşdirib.

KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran ordusunun quru qoşunlarının komandanı briqada generalı Keyumərs Heydəri deyib.

Generalın sözlərinə görə, onlar hərtərəfli kəşfiyyat və təhlükəsizliyi təmin etmək üçün strateji mövqedədirlər və bu, güclü təhlükəsizlik və qabaqlayıcı tədbirdir.

Qeyd edək ki, Keyumərsin bu sözləri yeni fəaliyyət kimi yayılsa da, general yanvarın sonunda da eyni sözləri işlətmişdi. Yəni İran diviziyalarının sərhədə yeridilməsi doğrudursa, bu, ən azı bir neçə ay öncə olub.

Həmçinin Keyumərs bu gün İranın məxfi silahlarının olduğu ilə bağlı da düşmənləri hədələməyi unutmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*