İran və Ukrayna arasında olan təzminat mövzusu ilə bağlı danışıqların ilkin mərhələsini müsbət qiymətləndirmək olar.
KONKRET.az xəbər verir ki, bunu Tehranın Kiyevdəki səfiri Mənüçöhr Moradi deyib.
“İyulun 30-u və 31-də Kiyevdə keçirilən İranın Ukraynaya təzminat ödəməsi ilə bağlı məsələnin müzakirəsi konstruktiv və məhsuldar olub”, – səfir bildirib.
Onun sözlərinə görə, müzakirələrin ikinci mərhələsi oktyabrda Tehranda baş tutacaq.
Xatırladaq ki, yanvarın 8-də Tehranda 176 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası baş verib. İranın hava hücumundan müdafiə sistemi Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsini raketlə səhv salaraq zərbə endirib.
İran öldürülən sərnişinlərə görə təzminat verməyə razılaşıb.