İran XİN başçısının Türkiyəyə səfəri son anda LƏĞV EDİLDİbackend

İran XİN başçısının Türkiyəyə səfəri son anda LƏĞV EDİLDİ

İran XİN başçısının Türkiyəyə səfəri son anda ləğv edilib.

KONKRET.az xəbər verir ki, İranın təhlükəsizlik və hərbi mənbələrinə yaxın “Təsnim” xəbər saytı xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Türkiyəyə səfərinin son anda təxsirə salınması barədə məlumat yayıb.

Səfər bu gün, iyunun 6-da baş tutmalı idi və bu, İbrahim Rəisi hökumətinin xarici işlər nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaqdı.

Əmir Abdullahianın Türkiyəyə qəfil səfəri xəbərini ilk olaraq Türkiyə rəsmi mediası, ardınca isə İranın rəsmi xəbər agentliyi (İRNA) yayıb.

Bildirilir ki, son aylarda İran və Türkiyə arasında, özəlliklə Suriyada bəzi bölgələrdə rəqabət güclənib. Bununla yanaşı, Türkiyə ilə İsrail arasında gərginlik xeyli azalıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*