İrana dəstək milli xəyanətdir – Rəsmi Tehran Azərbaycanı birdəfəlik itirdibackend

İrana dəstək milli xəyanətdir - Rəsmi Tehran Azərbaycanı birdəfəlik itirdi

Azər Qismət

 

Kiminsə hansısa ölkəyə simpatiyası ola bilər. Biri tarixi abidələrinə görə Romanı sevir, digəri insanlarının qonaqpərvərliyinə görə Şərq ölkələrini. Buna görə kimisə ittiham etmək olmaz. Lakin hansısa ölkə uzun illər sənin torpaqlarını işğal altında saxlayan, qız-gəlinlərini öldürən, əsir götürən düşməninə dəstək olursa, o ölkəni sevmək birməınalı şəkildə xəyanətə bərabərdir. Əgər o ölkə sevilərsə, deməli burda nəsə gizli məqamlar mövcuddur. Ya həmin şəxsin qanında yad elementlər daha aktivdir, ya da pul qarşılığında o ölkə sevilir.

İran Azərbaycanla açıq şəkildə düşmənçiliyə keçib. Lakin Azərbaycan rəhbərliyi qədər adıçəkilən ölkənin cığallığına dözən olmayıb. İrana hansı yaxşılıq edilməli idi ki, belə üzdəniraq düşmənçilyini davam etdirməsin. Amerika Birləşmiş Ştatlarının rəhbərliyi Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında məsələ qoyurdu ki, İrana hücum üçün plasdarm rolunu oynasın. Lakin İlham Əliyev təzyiqlərə baxmayaraq, bu təklifdən imtina etmişdi. Əvvəla İran həm neçə əsirlik qonşudur, həm də orada baş verəcək müharibə region ölkələrinə təsirsiz ötüşməyəcəkdi. Azərbaycan Prezidenti siyasi iradəsi və qətiyyəti ilə region ölkələrini də nəzərə aldı və bir növ qarışıqlıqdan qurtardı. O həmin Azərbaycan Prezidenti idi ki, dünya İranı sanksiyalara məruz qoyanda, İlham Əliyev İran İslam Respublikası ilə bir sıra iqtisadi layihələrə imza atdı, Şimal-Cənub dəmiryol xəttinin açılmasını vacib saydı ki, cənub qonşuya nəfəslik rolunu oynasın. Özü də bunu o şəraitdə etdi ki, İranı sıxanlar Azərbaycanın özünə iqtisadi sanksiyalar tətbiq edə bilərdi.

Üstəlik, İran avtomobilinin filialını yaratmaqla, anlatmağa çalışdı ki, biz sizinlə mehriban qonşuluq siyasətinə sadiqiq. Bəlkə İran elə güman etdi ki, Azərbaycan ondan çəkinir? Xeyr. Azərbaycan Prezidenti neçə illər əvvəl İran rəhbərliyinə öz prinsipiallığını sübut etmişdi. Hətta cənub ölkənin prezidentinin dəvətini rədd edib Tehrana getməmişdi. Bundan sonra İran rəhbərliyi anlamışdı ki, İlham Əliyev öz sözündə prinsipialdır və İran rəhbərliyi getdikcə siyasi valı mülayim istiqamətə fırladı. Öz nümayəndələrini Azərbaycana göndərib mehriban qonşuluğu, siyasi-iqtisadi yaxınlaşmanı yada saldılar. Nəyə görəsə əvvəllər mehriban qonşuluq xatırlanmırdı. Deməli, siyasi prinsipiallıq lazım imiş ki, olmayan məntiqlərini bir balaca işə salsınlar.

Lakin yenə də ibnəli siyasət davam etdirildi. Gah Azərbaycan bayrağını tərsinə çevirdilər, gah Nizami Gəncəvinin məqbərəsindəki xatirə kitabında şairimizi öz adlarına çıxdlar. Bəlkə bunları da bağışlamaq olardı ki, eybi yoxdur. Lakin İranın 44 günlük müharibədə açıq-aşkar Ermənistanı dəstəkləməsi, ordumuzun irəlilədiyi sahələrdə öz qoşunlarını yerləşdirmək cəhdi artıq final səhnəsi idi. Məhz bundan sonra xalqımızın 90 faizi İranın siyasətinə nifrət etdi. Çünki torpaqlarımızın işğaldan azad edilməsi xalqımız üçün qırmızı xətt sayılırdı. İran qırmızı xətti keçmişdi. Bunu bağışlamaq olmazdı.

Niyə yuxarıda xalqımızın 90 faizi yazıldı? Çünki 10 faiz İrana satılmış xəyanətkarlardır. Onlar qarşı tərəfdən pul alaraq onun müdafiəsinə qalxırlar. Axı Ermənsitana dron verən ölkəni necə müdafiyə qalxmaq olar? O dronlar ki, sabah  Vətəni qoruyan oğullarımızın həyatına son qoya bilər. Axı, Ermənsitanın ərazi bütövlüyünü özünün qırmızı xətti sayan İranı necə sevmək olar ki, ölkəmizin ərazi bütövlüyü təhlükə altına düşür. Axı İrani necə sevmək olar ki, sərhəddən tonlarla narkotika keçirməyə çalışır ki, gənclərimizin gələcəyi qara dumana bürünsün.

İran Azərbaycana heç nə edə bilməz. Olsa-olsa, burdakı adamları vasitəsilə xırda təxribatlar törətməyə çalışar, onların tərksilah edilməsi üçünsə güc strukturlarımız  hər zaman sərvaxtdır. Ölkəmizə hücum edə bilməz, çünki İranın düşmənləri də məhz bu məqamı gözləyir ki, nəhayət onunla haqq-hesabı çürütsünlər. Onsuz da bir qığılcım kifayətdir ki, ölkələrindəki aksiyalar yenidən alovlansın.

İran Azərbaycan kimi geniş əlaqələrə malik və regionda onsuz heç bir layihə həyata keçirilməyən Azərbaycandan yaxşı mənada istifadə edə bilmədi, ölkəsinin taleyi təbəddülat altında qalan Ermənistanı seçdi. Çünki siyasi cəhətdən kordur. Çünki öz ölkəsini təhlükə altında qoyur.

Azərbasycandakı iranpərəstlər isə elə bilməsinlər ki, onlara nəzarət yoxdur və elə güman etməsinlər ki, əgər indiyə qədər onlara toxunulmayıbsa, fəaliyyətlərini davam etdirə bilərlər. Elə bu günlərdə Dövlət Təhlükəsizlik Xidməti İranın burdakı şəbəkəsini zərərsizləşdirdi. Necə ola bilər ki, İranla münasibətlər gərginləşən kimi şəbəkə ələ keçdi? Axı bu, bir günün işi deyil. Deməli, İranın burdakı şəbəkələri bu günə qədər nəzarət altında imiş. Və məntiqlər İrana pul müqabilində dəstək verən yerli xəyanətkarlar da nəzarət altındadır və lazım olan vaxt ələ keçiriləcək.

İran Azərbaycanı itirir. Deməli, özünün axmaq siyasətinə qurban çevrilən ölkə rəhbərliyi öz xalqını da qurbana çevirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*