İranda 5,6 bal gücündə ZƏLZƏLƏ – Ölən və yaralananlar varbackend

İranda 5,6 bal gücündə ZƏLZƏLƏ - Ölən və yaralananlar var

İranda 5,6 bal gücündə zəlzələ olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Dərinliyi 22 kilometr olan yeraltı təkanlar Hörmüzqan əyalətinin Çərək limanı və Kiş adası yaxınlığında qeydə alınıb.

Zəlzələ nəticəsində 1 nəfər ölüb, 30 nəfər yaralanıb.

Kiş adası xəstəxanasının baş həkimi Mostafa Nadealinejad bildirib ki, yaralılardan 4-ü yıxılaraq xəsarət alıb, üçüncü mərtəbədən yıxılan bir nəfərin beyin silkələnməsi var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*