İranda daha bir SEPAH komandiri ÖLDÜRÜLDÜbackend

İranda daha bir SEPAH komandiri ÖLDÜRÜLDÜ

İranda SEPAH komandirlərindən biri öldürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Bildirilir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qürvə şəhərindəki bölməsinin komandiri Məhəmməd Rza Momeni silahlı gənclər tərəfindən qətlə yetirilib.

Qeyd edək ki, iki gün bundan əvvəl SEPAH-ın kəşfiyyat bölmələrindən birinin yüksək rütbəli iranlı komandiri Abbas Abdul Rada Al Elham və onun iki mühafizəçisi də Suriyada öldürülüb.

Qətl pilotsuz uçuş aparatları ilə həyata keçirilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*