İranda din xadimləri həbs edildi – FOTObackend

İranda din xadimləri həbs edildi - FOTO

İranda sünni din xadimləri həbs ediliblər.

KONKRET.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı Bəluc Fəalları Kampaniyasına istinadən məlumat yayıb.

Bildirilir ki, Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində Rza Rəxşani və Əbdülrəuf adlı bəluc din xadimləri təhlükəsizlik qüvvələri tərəfindən həbs olunaraq naməlum yerə aparılıblar.

Onların həbs səbəbləri barədə açıqlama verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*