backend

İranda naməlum şəxslər 4 məscidi yandırdı

İranın Yəzd şəhərində 4 məscid naməlum şəxs və ya şəxslər tərəfindən yandırılıb.

KONKRET.az xəbər verir ki, bu haqda İranın Mehr xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə səhər saatlarında Yəzdin Azadşəhr bölgəsində baş verib.

Polisin ətrafdakı təhlükəsizlik kameraları və digər şəxsiyyəti müəyyənləşdirmə üsullarından istifadə edərək hadisəni törədənləri müəyyən etməyə çalışdığı bildirilib.

Səlahiyyətlilər hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*