İranda zavodda partlayış nəticəsində 4 nəfər həlak oldubackend

İranda zavodda partlayış nəticəsində 4 nəfər həlak oldu

İranın Xuzestan əyalətinin Əhvaz şəhərində oksigen zavodunda partlayış nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

KONKRET.az-ın məlumatına görə, bunu Əhvaz şəhər bələdiyyəsinin yanğınsöndürmə idarəsi və təhlükəsizlik xidmətlərinin rəhbəri İbrahim Qənbəri deyib.

Onun sözlərinə görə, yaralı Əhvazın Beqai xəstəxanasına yerləşdirilib.

Qənbəri bildirib ki, partlayışın səbəbi hələ məlum deyil və qəzanın səbəblərinin araşdırılması sabah başlanacaq.

Hadisənin saat 20:20-də baş verdiyini deyən Qənbəri əlavə edib ki, partlayışda zavodun bir hissəsi ziyan görüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*