İranda ziyarətgahda terror aktı zamanı ölənlərin sayı 45-ə çatdı – YENİLƏNİBbackend

İranda ziyarətgahda terror aktı zamanı ölənlərin sayı 45-ə çatdı - YENİLƏNİB

İranda silahlı şəxslər ziyarətgaha atəş açıblar. 

KONKRET.az xəbər verir ki, hadisə Şiraz şəhərində Şahçerağ məqbərəsində olub.

Nəticədə azı 15 nəfər həlak olub, 40 nəfər isə yaralanıb.

İran mediası atəş açan şəxslərin sayının 3 olduğunu yazıb. Onlardan 2-si saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

19:53

İranın Fars əyalərinin Şiraz şəhərində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 20-yə çatıb.

KONKRET.az İran KİV-ə istinadən xəbər verir ki, 27 nəfər yaralının olduğu bildirilir.

Ölənlərdən ikisi uşaqdır.

19:35

İranın Şiraz şəhərində məqbərəyə silahlı hücum nəticəsində 15 nəfər ölüb, 40 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.

Məlumatda silhalı şəxslərin üç nəfər olduğu da bildirilib.

19:22

İranın Şiraz şəhərində Şahçerağ məqbərəsi yaxınlığında silahlı şəxslər atəş açması nəticəsində 9 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bu barədə KONKRET.az-a IRNA-ya istinadən xəbər verir.

Məlumatda iki terrorçunun saxlanıldığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*