İran uğurlu sınaq keçirib. O, raket daşıyıcısını səmaya buraxıb.
KONKRET.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
İran Müdafiə Nazirliyi “Zolcanax” adlı raketin buraxılışının elmi məqsədlə həyata keçirildiyini qeyd edib.
Nazirlik izah edib ki, raket üç mərhələdən ibarətdir: ikisi bərk yanacaq, biri isə maye üçün.
İyunun əvvəlində Qərb mediası peyk görüntülərinə istinadən İranın çox güman ki, raket buraxmağa hazırlaşdığını yazmışdı.
Associated Press qeyd edir ki, buraxılış Aİ diplomatiyası Josep Borrelin Tehrana səfərindən qısa müddət sonra baş tutub. Tərəflər razılaşıblar ki, İran İranın Atom Sazişinə (JCPOA) qayıtmaq məsələsində ABŞ ilə dolayı danışıqları bərpa edəcək.
ABŞ və bir sıra digər Qərb ölkələri ehtiyat edir ki, İran kosmik proqramdan hərbi məqsədlər üçün də istifadə oluna bilən texnologiyalar (ballistik raketlər) yaratmaq üçün istifadə edə bilər.
Xuraman Etibarlı,
KONKRET.az
