İranın Rusiyaya ballistik raketlər verə biləcəyindən narahatıq – Ağ Evbackend

İranın Rusiyaya ballistik raketlər verə biləcəyindən narahatıq - Ağ Ev

Ağ Ev İranın Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya ballistik raketlər verə biləcəyindən narahatlıq keçirir.

KONKRET.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

İran artıq Rusiyanı “informasiya daşıyan pilotsuz uçuş aparatları, idarə olunan bombalar və artilleriya sursatları ilə təmin edir”, – deyə Kirbi qeyd edib.

Kirbi jurnalistlərə deyib: “İranın Ukraynada istifadə üçün Rusiyaya ballistik raketlər verməyi nəzərdən keçirməsindən narahatıq”. “Rusiya bu dəstəyin müqabilində Tehrana raket, elektronika və hava hücumundan müdafiə sahələrində misli görünməmiş müdafiə əməkdaşlığı təklif edir”.

O, həmçinin Tehranın bu ilin əvvəlində Moskvadan Su-35 qırıcı təyyarələrinin alınması ilə bağlı sövdələşməni başa çatdırdığı barədə açıqlamasını xatırladıb və İranın Rusiyadan əlavə hərbi texnika, o cümlədən hücum helikopterləri, radarlar və döyüş təlimçiləri almağı planlaşdırdığını vurğulayıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*