Rusiyada Təyyarələrə avtomobil benzini vururlar: Yanacaq böhranı kritik həddə çatdıbackend

Rusiyada Təyyarələrə avtomobil benzini vururlar: Yanacaq böhranı kritik həddə çatdı

Rusiyada yanacaq çatışmazlığı ilə bağlı narahatlıqlar daha da artır.

KONKRET.az Musavat.com-a istinadla xəbər verir ki, Rusiyada aviasiya yanacağının qıtlığı və qiymətlərin sürətlə artması fonunda kiçik aviasiyada adi avtomobil benzini ilə uçuşların sınağına başlanılıb.

Məlumata görə, “Euro-3” standartlı avtomobil benzini artıq bəzi təyyarələrdə test olunur. Bildirilir ki, bir sıra regionlarda aviasiya benzininin ehtiyatları cəmi 1–1,5 ay ərzində tükənə bilər.

Xüsusilə An-2 təyyarələrinin sahibləri yanacaq qiymətlərinin dövlət tərəfindən tənzimlənməsini tələb edirlər. Onların fikrincə, mövcud qiymət artımı və çatışmazlıq kiçik aviasiyanın fəaliyyətini ciddi təhlükə altına salır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*