Tramp İrana xəbərdarlıq etdi: “Öhdəlikləri yerinə yetirməsələr…”backend

Tramp İrana xəbərdarlıq etdi: “Öhdəlikləri yerinə yetirməsələr...”

ABŞ prezidenti Donald Tramp İranın nüvə sazişi və regional siyasəti ilə bağlı sərt mövqeyini bir daha nümayiş etdirib.

KONKRET.az xəbər verir ki, Tramp bəyan edib ki, əgər İran imzalanmış saziş üzrə öhdəliklərini yerinə yetirməzsə və ya qeyri-adekvat davranış nümayiş etdirərsə, ABŞ buna sərt cavab verəcək.

“Əgər onlar öz öhdəliklərini pozsalar və ya uyğun olmayan şəkildə davransalar, mən tam olaraq etməli olduğum addımı atacağam”, – deyə Tramp vurğulayıb.

O, İranla münasibətlərin qarşılıqlı hörmət çərçivəsində qurulmasının vacibliyinə toxunaraq bildirib: “Onlar bizə hörmət etdikləri müddətcə – mən “qorxu” sözünü işlətmək istəmirəm, çünki bu yersizdir – heç bir problemimiz olmayacaq”.

ABŞ prezidenti həmçinin strateji əhəmiyyətli Hörmüz boğazına tam nəzarət etdiklərini də xatırladıb: “Bizim boğaz üzərində tam nəzarətimiz var”.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*