“Polşada hər kəs Ukrayna millətçilərinin ölkəyə nə qədər zərər vurduğunu bilir”.
KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, Polşa prezidenti Karol Navrotski Ukrayna lideri Vladimir Zelenskinin ittihamlarına belə cavab verib.
“Hörmətli Vladimir, bu mübahisə Polşanın daxili işlərinə heç toxunmur… Bütün polyaklar Ukrayna millətçilərinin Polşaya, polyaklara, polyak uşaqlara nə qədər zərər vurduğunu bilir və başa düşürlər”, – deyə siyasətçi jurnalistlərlə söhbətində bildirib.
Daha əvvəl Zelenski Polşanın onu ən yüksək dövlət mükafatı olan “Ağ Qartal” ordenindən məhrum etməsini Navrotskinin daxili seçki mübarizəsi ilə əlaqələndirmiş və onun hərəkətlərini Macarıstanın keçmiş baş naziri Viktor Orbanın ritorikası ilə müqayisə etmişdi.
Zelenski Navrotskinin adına (Karol) işarə edərək demişdi ki, bu sadəcə, addır, vəzifə deyil, bir müddətdən sonra Navrotski statusunu itirəcək.
