Ukrayna Almaniyadan 600 ədəd HHM raketi alacaqbackend

Ukrayna Almaniyadan 600 ədəd HHM raketi alacaq

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya ilə bağlanan yeni müqavilə çərçivəsində hava hücumundan müdafiə (HHM) sistemləri üçün 600 ədəd raketin tədarük ediləcəyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, razılaşma ABŞ-dan “Patriot” kompleksləri üçün döyüş sursatlarının istehsalına dair lisenziyanın alınmasından sonra mümkün olub. Almaniya tərəfi artıq Ukrayna üçün nəzərdə tutulan bu raketlərin istehsal prosesinə start verib.

Bu addım Ukraynanın hava məkanının qorunması və kritik infrastrukturun Rusiya hücumlarından müdafiəsi üçün böyük strateji önəm daşıyır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*