TƏCİLİ! Kanadada terror aktı: Polis hərəkətə keçdibackend

TƏCİLİ! Kanadada terror aktı: Polis hərəkətə keçdi

Kanadanın Monreal şəhərində, xüsusilə yəhudi icmasının sıx yaşadığı Côte-des-Neiges rayonunda silahlı insident baş verib.

KONKRET.az xəbər verir ki, iyunun 22-si səhər saatlarında naməlum şəxs tərəfindən açılan atəş nəticəsində iki polis əməkdaşı və bir mülki vətəndaş yaralanıb.

Monreal polisi (SPVM) hadisə ilə bağlı təcili təhlükəsizlik xəbərdarlığı edib. Rəsmi məlumata görə, hücumda şübhəli bilinən şəxs artıq zərərsizləşdirilib. Buna baxmayaraq, polis əməliyyatı hələ də davam etdirir və ərazidə digər şübhəlilərin olub-olmadığı araşdırılır.

Rayon sakinlərinə evlərindən çıxmamaq, pəncərələrdən uzaq durmaq və həmin bölgəyə yaxınlaşmamaq barədə ciddi xəbərdarlıq edilib. Hadisə yerinə çoxsaylı polis qüvvələri və təcili yardım xidmətləri cəlb olunub.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*