“İranın son 48 saat ərzində İsraili vuracağına dair heç bir məlumat yoxdur” – Ağ Evbackend

"İranın son 48 saat ərzində İsraili vuracağına dair heç bir məlumat yoxdur" - Ağ Ev

“ABŞ hələ də İranın İsrailə qarşı mümkün cavab zərbəsinin cümə günü, aprelin 12-də baş verə biləcəyini təsdiqləyən məlumata malik deyil”.

KONKRET.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə”yə Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, ABŞ İranın təhdidləri qarşısında İsrailin təhlükəsizliyi məsələsinə güclü dəstək verir.

“Biz vəziyyəti izləməyə davam edirik və İranın bu gün İsrailə zərbə endirəcəyinə dair xəbərlər təsdiqini tapmayıb”.

Qeyd edək ki, “The Wall Street Journal” aprelin 12-də İranın İsrailə cavab zərbəsinin yaxın 24-48 saat ərzində gerçəkləşəcəyini elan edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*