İranın XİN rəhbəri Türkiyəni qoşunlarını Suriyadan çıxarmağa ÇAĞIRDIbackend

İranın XİN rəhbəri Türkiyəni qoşunlarını Suriyadan çıxarmağa ÇAĞIRDI

“İran-Rusiya-Suriya-Türkiyə görüşü mövcud sərhəd problemlərinin ən məqbul diplomatik həll yoludur”.

KONKRET.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

O, Tehranın Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

“Bizim ümumi prioritetlərimizdən biri prezident Rəisinin Dəməşqə səfəri zamanı iki ölkə prezidentləri arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsidir. Son həftələrdə biz iki ölkə arasında iqtisadi, ticarət və texnologiya sazişlərinin həyata keçirilməsində irəliləyişin şahidi olduq”, – deyə Abdullahiyan bildirib.

İran xarici işlər nazirinin sözlərinə görə, Tehran regionda sülh, sabitlik və davamlı təhlükəsizliyə nail olmaq üçün səylərini davam etdirəcək.

“İran Suriyanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək hüququnu qətiyyətlə dəstəkləyir”, – Əmir Abdullahian deyib.

Onun sözlərinə görə, xarici dövlətlərin Suriyada hərbi mövcudluğu bu ölkədə və regionda sabitliyə və təhlükəsizliyə töhfə verməyəcək.

“Biz Türkiyənin Suriya ilə ümumi sərhədlərin təhlükəsizliyi ilə bağlı narahatlığını başa düşürük. Lakin hesab edirik ki, Suriyada hərbi mövcudluq problemin həlli deyil”, – İranın xarici işlər naziri vurğulayıb.

Onun sözlərinə görə, İran-Rusiya-Suriya-Türkiyə dördtərəfli görüşü razılığa gəlmək və Suriya və Türkiyənin ortaq sərhədlərində təhlükəsizliyin bərqərar olması üçün ən uyğun diplomatik yoldur.

O əlavə edib ki, İran və Rusiya bu prosesi asanlaşdırmaq və təmin etmək üçün səylərini davam etdirirlər.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*