Braziliyanın şimal-şərqində yerləşən Pernambuky əyalətində şiddətli yağışlar, daşqınlar və torpaq sürüşmələri nəticəsində azı dörd nəfər ölüb.
KONKRET.az xəbər verir ki, hadisələr zamanı onlarla insan xəsarət alıb.
Ən pis vəziyyət ştatın paytaxtı Resifi şəhərində və ətraf ərazilərdədir.
Uzun müddət davam edən yağışlar dağlıq ərazilərdə torpaq sürüşmələrinə səbəb olub, evlərə ziyan vurub və yolları su basıb.
