Azərbaycanın Əməkdar müəllimi Həmdulla Behbudov 66 yaşında vəfat edib.
KONKRET.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, H.Behbudov 1959-cu il oktyabrın 1-də Yardımlı rayonunda anadan olub. Bakı Dövlət Universitetində təhsil alıb.
O, pedaqoq kimi Yardımlı şəhər V. H. Məmmədov adına qəsəbə 2 nömrəli tam orta məktəbdə, Bozayran kənd tam orta məktəbində və Bakıda Heydər Əliyev adına Müasir Təhsil Komplüksində fəaliyyət göstərib.
Son illərdə səhhətində yaranan ciddi problemlər səbəbindən peşəsindən uzaqlaşmaq məcburiyyətində qalmişdi.
