İraqın paytaxtı Bağdadda 14 İŞİD döyüşçüsü saxlanılıb.
KONKRET.az-ın xəbərinə görə, bu barədə İraqın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik bildirir ki, güc strukturları şəhərin müxtəlif yerlərində reyd keçirib. Saxlananlar arasında uzun müddətdir axtarışda olan şəxslər də yer alır./apa
