İraqın paytaxtı Bağdadda etiraz aksiyaları zamanı azı 10 nəfər ölüb, 200 nəfər yaralanıb.
KONKRET.az xəbər verir ki, Əl-Cəzirə telekanalının məlumatına görə , qurbanlar arasında İraq təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşı da var.
16:54
İraqın paytaxtı Bağdadda Müqtəda-əs-Sədr tərəfdarları küçələrə çıxaraq etiraz aksiyası keçirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bir qrup etirazçı Prezident Sarayına hücum edib.
Etiraz aksiyasına görə paytaxtda komendant saatı elan edilib.
Qeyd edək ki, bu gün İraqdakı Sədr hərəkatının lideri Müqtəda əs-Sədr siyasətdən getdiyini açıqlayıb.
