“İrəvan bu tarixdə təslim olacaq” – AÇIQLAMAbackend

"İrəvan bu tarixdə təslim olacaq" - AÇIQLAMA

Ermənistan rəhbərliyi gələn həftə təslim olaraq danışaqlara gedəcək.

KONKRET.az xəbər verir ki, bu ehtimalla çıxış edən siyasi şərhçi Zaur Məmmədov fikrini belə əsaslandırıb:

“Bu danışıqlar müharibədən əvvəlki danışıqlara bənzəməyəcək. Sülh danışıqlarının əsas mövzusu bütün erməni əsgərlərinin Qarabağdan çıxması, Azərbaycanın ərazi bütövlüyünün təminidir”.

XİN rəhbərinin okeanın o tayında görüşlərindən danışan politoloq vurğulayıb ki, səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın mövqeyi ABŞ rəsmilərinə çatdırılıb. “Maraqlı məqam eyni görüş otağından çıxan Bayramovun Pompeo ilə görüşə gedən Mnaçakanyanla görüşməməsidir. Bu ondan xəbər verir ki, hələlik Nikol Paşinyan danışıqlara hazır deyil”.

O, qeyd edib ki, cəbhədə işğal edilmiş rayonların bir-bir Azərbaycan tərəfindən geri alınması Ermənistanı seçim qarşısında qoyub: “Əgər döyüşlərin dayandırılması cəhdləri baş tutmasa, o zaman Nikol Paşinyan müharibədə uduzan tərəf kimi Azərbaycanın şərtləri daxilində dialoqa getməlidir. Hər halda Nikol Paşinyanın qarşısında bir-birinə bənzəyən 2 seçim var: Ya təslim olaraq torpaqları qaytarmaq, ya da müharibəni davam etdirərək minlərlə erməni əsgərinin məhv olması qarşılığında torpaqların Azərbaycan tərəfindən azad olması!”

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*