İrəvanda KTMT Təhlükəsizlik Şurası Katibləri Komitəsinin İCLASI KEÇİRİLƏCƏKbackend

İrəvanda KTMT Təhlükəsizlik Şurası Katibləri Komitəsinin İCLASI KEÇİRİLƏCƏK

İrəvanda KTMT Təhlükəsizlik Şurası Katibləri Komitəsinin növbəti iclası keçiriləcək.

KONKRET.az xəbər verir ki, iyunun 8-də İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin Ermənistan tərəfinin sədrliyi ilə iclası keçiriləcək.

Təşkilatın baş katibi Nikolay Bordyuja KTMT-yə üzv dövlətlərin terrorizmlə mübarizə sahəsində kollektiv təhlükəsizlik sisteminin inkişafı üzrə əlavə tədbirlər haqqında məruzə ilə çıxış edəcək.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərdə terrorçu və ekstremist kimi tanınan təşkilatların siyahısı ilə bağlı KTMT-nin qərarına baxılacaq.

İclas iştirakçıları hazırda üzərində iş aparılan 2025-ci ilə qədər olan dövr üçün Kollektiv Təhlükəsizlik Strategiyasının razılaşdırılmasının gedişatını, həmçinin KTMT-yə üzv dövlətlərin baş narkoloqlarının Əlaqələndirmə İclasının fəaliyyətini müzakirə edəcəklər. Bu yaxınlarda İrəvanda keçirilmişdir.

KTMT həmçinin 2016-cı ilin ikinci yarısı üçün KTMT-yə üzv dövlətlərin nümayəndələrinin xarici siyasət, təhlükəsizlik və müdafiə məsələləri üzrə məsləhətləşmələri Planına da baxacaq.

2016-cı ildə Ermənistan Respublikası KTMT-yə sədrlik edir.

Npvbəti iclas iyunun 17-də keçiriləcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*