İrəvanda naməlum şəxslər tərəfindən döyülən Edqar Qazaryan xəstəxanalıq oldubackend

İrəvanda naməlum şəxslər tərəfindən döyülən Edqar Qazaryan xəstəxanalıq oldu

Edqar Qazaryan İrəvanda naməlum şəxslər tərəfindən döyülüb.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Ermənistanın Polşadakı keçmiş səfiri, Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Qazaryan döyülüb. O, hazırda Erebuni Tibb Mərkəzində müayinə olunur. İş üzrə materiallar İstintaq Komitəsinə göndərilib”, – deyə “5165” hərəkatının həmtəsisçisi Menua Soqomonyan hadisənin təfərrüatlarını açıqlayıb.

O bildirib ki, Qazaryan evinin yaxınlığındakı dayanacaqda döyülüb.

“Bizim çox təfərrüatımız yoxdur, amma bildiyimizə görə, Edqar iki nəfər tərəfindən döyülüb. Evin yaxınlığındakı dayanacaqda naməlum şəxslər ona hücum edərək döyüblər. Zərbələr əsasən baş nahiyəsinə endirilib. Yaralanıb, başında tikişlər qoyulub. Hazırda həkimlər müayinə aparır, xəsarətin ciddiliyini müəyyənləşdirirlər. Biz hələ də Edqarla danışa bilməmişik”, – deyə Soqomonyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*