“İŞİD yaraqlıları Ukraynadan olan qaçqınlar adı altında Almaniyaya axışır”
KONKRET.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
Bildirilir ki, bu yaxınlarda alman hüquq-mühafizə orqanları Tacikistandan gələn bir neçə radikal İslam tərəfdarını saxlayıb. Onlar tez-tez İŞİD-in tərkibində olan Xorasandakı İslam Dövləti qruplaşması ilə əlaqələndirilir.
Bütün potensial terrorçular özlərini ukraynalı qaçqın kimi təqdim edərək, təqiblərdən danışaraq saxta sənədlərdən istifadə edirlər. Nəşrin yazdığına görə, belə vətəndaşlar demək olar ki, yoxlamasız buraxılır.
Burhan,
KONKRET.az
