İspaniya polisindən narkotik əməliyyatı – bir ton kokain ələ keçirildibackend

İspaniya polisindən narkotik əməliyyatı - bir ton kokain ələ keçirildi

İspaniya polisi Kabo-Verde sahillərində ölkəyə gələn balıqçı qayığında  bir ton kokain ələ keçiriblər.

KONKRET.az bu barədə xarici mətbuata istinadən yazır.

“Milli Polisin agentləri Portuqaliya Ədliyyə Polisi və Vergi Agentliyinin Gömrük Nəzarəti ilə birgə əməliyyat keçirərək, Kabo-Verde sularında üzərində 1000 kiloqram kokain yüklənmiş, bayraqsız balıqçı gəmisini saxlayıblar”, – İspaniya Daxili İşləri nazirliyi bildirib.

Məlumata görə, İspaniyaya gedən gəminin altı ekipaj üzvü saxlanılıb.

Nazirlikdən verilən məlumata görə, əməliyyat ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsi (DEA) və İspaniya Hərbi Dəniz Qüvvələri ilə birgə həyata keçirilib. Əməliyyat zamanı 40 bağlama kokain ələ keçirilib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*