Qayıqla Kanar adalarına getmək istəyən miqrantlar itkin düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə adanın tərkibində olduğu İspaniyanın dəniz xilasetmə xidməti məlumat yayıb.
Məlumata görə, xilasetmə əməliyyatını Mərakeş koordinasiya edib, lakin sonradan İspaniyadan kömək istənilib. “24 nəfər xilas edilib. 1 azyaşlının meyiti tapılıb”, – xidmətdən bildiriblər. Qurumdan qeyd edilib ki, qayıqda neçə nəfərin olduğu dəqiq bilinmir. “Bəlkə də göyərtədə 60-a yaxın insan olub”, – xidmətdən vurğulayıblar.
“Caminando Fronteras” təşkilatının nümyəndəsi Elena Maleno isə hadisə zamanı 39 nəfərin öldüyünü bildirib.
