Ukraynanın 425-ci əlahiddə hücum alayı “Skelya”nın döyüşçüləri Donetsk vilayətinin Kostyantinovka şəhərində Rusiya qüvvələrinin mövqelərinə qarşı hücum əməliyyatı həyata keçirdiklərini açıqlayıblar.
KONKRET.az xəbər ki, alayın yaydığı görüntülərdə hərbçilərin şəhər ərazisində irəlilədiyi və binalardan birinin üzərində Ukrayna bayrağını qaldırdığı əks olunub.
Hərbçilərin bildirdiyinə görə, şəhər Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Məlumata görə, əməliyyat zamanı Rusiya ordusunun mövqelərinə zərbələr endirilib.
Hazırda döyüşlərin davam etdiyi bildirilir. Ukrayna tərəfi əməliyyatın nəticələri ilə bağlı əlavə məlumat verməyib.
Rusiya Müdafiə Nazirliyi isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb. Müstəqil mənbələr tərəfindən görüntülərin həqiqiliyi və hadisənin bütün təfərrüatları tam şəkildə təsdiqlənməyib.
Günay Əli
Konkret.az
