İsrailin BMT-dəki səfiri Gilad Erdan BMT-nin baş katibi Antonio Quterreşin Qəzzada humanitar atəşkəs çağırışlarına kəskin reaksiya verib.
KONKRET.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
“Atəşkəs çağırışı həqiqətən, HƏMAS-ın Qəzzada terror hökmranlığını davam etdirməsinə yaşıl işıq yandırmaqdır”, – səfir deyib.
“Baş katibin təhrif edilmiş baxışı Həmas terrorçularına müharibənin dayandırılacağına və onların sağ qala biləcəklərinə ümid verir”, – Erdan bildirib.
“Mən bir daha Baş katibi dərhal istefaya çağırıram. BMT-yə HƏMAS-ın yazdığı ssenari ilə hərəkət edən baş katib yox, terrorizmlə mübarizəni dəstəkləyən baş katib lazımdır”, – diplomat qeyd edib.
Ariz Həsənoğlu,
KONKRET.az
